Qazaxıstanda ilk dəfə pedofil axtalandı
    • 25-11-2018, 22:09
    • 896

Qazaxıstanda ilk dəfə pedofil axtalandı

Qazaxıstanda ilk dəfə pedofil məcburi qaydada kimyəvi üsulla axtalanıb. 

Bu, bir neçə ay əvvəl qüvvəyə minmiş müvafiq qanunun tətbiqi nəticəsində mümkün olub. 
Uşaqbazlığa görə saxlanılan şəxsin bədəninə xüsusi inyeksiya yeridilib. 
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il uşaqlara qarşı zorakı əməllərə yol verən kişilərin axtalanması üçün 2000 inyeksiyanın alınmasına 25 min dollar vəsait ayırıb. 
Bildirilir ki, bu metodun effektiv olması üçün pedofilin bədəninə ildə iki dəfə müvafiq inyeksiya yeridilməlidir. 

//Oxu.az