Bakıda  tolerantlıq festivalı KEÇİRİLƏCƏK
    • 21-04-2020, 14:45
    • 875

Bakıda tolerantlıq festivalı KEÇİRİLƏCƏK

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 4-cü IMAGINE Avropa tolerantlıq festivalının keçiriləcəyini elan edib. 

Festivalın başlanğıcı mayın 7-nə təyin edilib.

“Bu il qlobal pandemiya ilə əlaqədər dünyada yaşanan vəziyyət fonunda festival insanlara ümid, tolerantlıq, müxtəliflik və multikulturalizm barədə düşüncələr gətirir”, - məlumatda deyilir.

İlk dəfə 2017-ci ildə keçirilmiş Avrotolerantlıq festivalı çərçivəsində bu illərdə musiqili tamaşalar, seminarlar, teatr sərgiləri, film nümayişləri, dünya şöhrətli rejissor və musiqiçilərlə debatlar və müzakirələr keçirilib. /Report/