-
- 21-04-2020, 16:01
- 789
ARB yayımını bərpa ETDİ
Milli Televiziya və Radio Şurasının iclasının qərarı ilə cəzalandırılan ARB Televiziyasının yayımı bərpa olunub.
News24.az-ın məlumatına görə, az öncə sözügdən telekanal yenidən yayıma başlayıb.
Xatırladaq ki, dünən MRTŞ 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qatılan Xalq artisti Afaq Bəşirqızının nalayiq ifadələrin işlətməsi lə bağlı iclas keçirib.
İclasda Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Sevda Bayramova