Tənha yaşayan yaşlılara və əlilliyi olanlara 25 mindən çox ərzaq payı verilib
    • 21-04-2020, 17:52
    • 766

Tənha yaşayan yaşlılara və əlilliyi olanlara 25 mindən çox ərzaq payı verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə  25 mindən çox ərzaq payı verilib.  

Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib.