"Həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub"- Nazir
    • 22-04-2020, 14:19
    • 746

"Həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub"- Nazir

“Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub”.

News24.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.

Nazir bu ilin əvvəlindən əmək müqavilələrinin sayının 85,4 min artdığını bildirib.

O bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib.

Yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.