Milli Məclisdə plenar iclasın gündəliyinə dəyişiklik edildi
    • 22-04-2020, 18:16
    • 732

Milli Məclisdə plenar iclasın gündəliyinə dəyişiklik edildi

Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

İclasın gündəliyindəki məsələlərin sayı 27-dən 28-ə qaldırılıb.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ əlavə edilib./report/