Bənzəri görünməmiş böhran xəbərdarlığı edildi
    • 22-04-2020, 22:14
    • 1 482

Bənzəri görünməmiş böhran xəbərdarlığı edildi

Beynəlxalq kredit reytinqi şirkəti Fitch Ratings, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq "bənzəri görünməmiş" bir qlobal böhran gözlənildiyini açıqlayıb.

News24.az-a Marja-ya istinadən xəbər verir ki, Fitch Ratings qlobal iqtisadiyyatın bu il 3,9% azalacağını nəzərdə tutur.

Fitch Ratings tərəfindən üçüncü dəfə yenilənən Qlobal İqtisadi Proqnozlar hesabatında, Kovid-19 pandemiyasına qarşı həyata keçirilən təcrid tədbirlərinin uzanması və gələn məlumatlar əsas götürülərək qlobal iqtisadi artım təxminlərində dəyişikliyə gedildiyi qeyd edilib.

Hesabatda, qlobal iqtisadiyyatın 2020-ci ildə 3,9% azalmasının nəzərdə tutulduğu və "bənzəri görünməmiş" bir böhran gözlənildiyi bildirilib.

Fitch, 2 Apreldə yaydığı bir əvvəlki hesabatında, dünya iqtisadiyyatının bu il  1,9% azalacağını təxmin etmişdi.