İtaliyada koronavirus qurbanlarının sayı 25 MİN 500-Ü KEÇDİ
    • 23-04-2020, 20:34
    • 621

İtaliyada koronavirus qurbanlarının sayı 25 MİN 500-Ü KEÇDİ

İtaliyada gün ərzində koronavirus qurbanlarının sayı 464 nəfər artaraq 25 min 549-a çatıb. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə rəhbəri Angelo Borrelli məlumat verib. Qeyd edilib ki, 24 saat ərzində virusdan sağalanların sayı 3033 olub ki, bu da ölkə üçün rekord göstəricidir. Ümumilikdə sağalanların sayı isə 57 min 576-dır:"Bugünkü məlumatlar xüsusilə sevindiricidir. İlk dəfə olaraq sağalanlar və xəstəxanalardan buraxılanların sayı yeni yoluxmaları ötüb".

İtaliyada ümumi yoluxmaların sayı 189 min 973-ə çatıb. Ölkədə aktiv koronavirus xəstələrinin sayı 106 min 848-dir.