Güclü yağış işıqları söndürdü - “Azərişıq” hərəkətə keçdi
    • 23-09-2018, 13:15
    • 913

Güclü yağış işıqları söndürdü - “Azərişıq” hərəkətə keçdi

“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində “Azərişıq” ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.
“Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb”, - deyə T. Mustafayev qeyd edib.

News24.az