-
- 23-09-2018, 14:22
- 946
Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi
İl-20 təyyarəsinin vurulmasına görə İsrail Hərbi hava qüvvələri məsuliyyət daşıyır.
Oxu.Az xəbər verir ki, belə bəyanatla Rusiya Müdafiə nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib.
“Əldə edilən obyektiv məlumatlar İsrail pilotlarının 15 rusiyalı hərbçinin ölümü ilə nəticələnən hərəkətlərinin ya qeyri-peşəkarlığı, ya da ən azından cinayət tərkibli məsuliyyətsizliyindən xəbər verir”, - Konaşenkov deyib.
Müdafiə nazirliyi qeyd edib ki, İsrail pilotları bilərəkdən Suriya raketlərinə qarşı İl-20 təyyarəsindən sipər kimi istifadə ediblər.
“İsrail pilotu anlayırdı ki, İl-20 təyyarəsinin effektiv əks etmə səthi F-16 qırıcısının analoji göstəricisindən xeyli yüksəkdi və zenit raketi məhz Rusiya təyyarəsini hədəf seçəcək”, - general-mayor əlavə edib.
Müdafiə nazirliyindən bildiriblər ki, F-16 qırıcısı İl-20 təyyarəsinə çox yaxınlaşıb, bu da Suriya tərəfindən təkrar hücum cəhdi kimi dəyərləndirilib.