"Quba Palace"-dan  açıqlama: "Ölən turist yox, şirkət işçisidir" - VİDEO
    • 9-07-2018, 17:04
    • 2 151

"Quba Palace"-dan açıqlama: "Ölən turist yox, şirkət işçisidir" - VİDEO

Əldə etdiyimiz məlumata görə, bu ilin iyun ayının 23-dən etibarən Rusiyanın "Skado tikinti quraşdırma" şirkəti tərəfindən "Quba Palace" otelinin kanat yolunda planlı təmir işləri həyata keçirilib.
 
 News24.az-a "Quba Palace" otelindən verilən məlumata deyilir: "Bu gün Rusiyanın "Skado tikinti quraşdırma" şirkəti tərəfindən aparılan təmir zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı təmiri həyata keçirən işçilərdən biri ölüb, iki nəfər isə yüngül xəsarət alıb. Bildiririk ki, xəbər saytlarında ilkin verilən məlumatlar həqiqəti əks etdirmir. Təmir işləri otelin istirahət zonasından tamamilə kənarda aparıldığından, baş verən hadisə qonaqların istirahətinə hər hansı bir şəkildə maneçilik yaratmayıb. Qonaqların istirahəti təhlükəsiz şəkildə davam edir".