Karantin rejimini pozan 42 mindən çox hərəkət iştirakçısı məsuliyyətə CƏLB EDİLDİ
    • 28-04-2020, 09:46
    • 914

Karantin rejimini pozan 42 mindən çox hərəkət iştirakçısı məsuliyyətə CƏLB EDİLDİ

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.