İranda ağır qəza - 12 ÖLÜ
    • 28-04-2020, 11:06
    • 674

İranda ağır qəza - 12 ÖLÜ

İranın şərqində avtobus və yük maşınının toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Cənubi Xorasan bölgəsinin Yol Polisinin rəisi Rezai qeyd edib ki, yaralılar helikopterlə xəstəxanaya aparılıb.

Avtobusun Cənubi Xorasan əyalətindəki Serbişe şəhərinə hərəkət etdiyi bildirilib. 

Hazırda qəzanın səbəbləri dəqiqləşdirilir.