Fədayə Laçın məhkəmə salonunda mahnı oxudu
    • 24-09-2018, 12:10
    • 1 874

Fədayə Laçın məhkəmə salonunda mahnı oxudu

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl F. Laçın dəmir barmaqlıqlar arasında mahnı ifa edib. 
O, şair Zeynal Xəlilin müəllifi olduğu “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısını ifa edib. 

Sonra hakim zala daxil olub və proses başlayıb.

//ölkə.az