"190 manat alacaq işsiz vətəndaşların banklara getməyinə gərək yoxdur"- Fazil Talıbov
    • 29-04-2020, 14:35
    • 1 247

"190 manat alacaq işsiz vətəndaşların banklara getməyinə gərək yoxdur"- Fazil Talıbov

"Vətəndaşların ikinci ayıın ödənişini almaq üçün banklara getməyə ehtiyac yoxdur".

Bunu News24.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın ikinci ayının verilməsindən danışarkən deyib.

Fazil Talıbov 190 manat alacaq işsiz vətəndaşların banklara getməyinə gərək olmadığını bildirib: "Onların hər biri ilə əlaqə saxlanılacaq, hansı banka yaxınlaşmalı olacaqları və bank kartının əldə edlməsi ilə bağlı məlumat verəcəklər. Tələsməsinlər, səbirli olsunlar. Hər bir vətəndaşın adına bank hesabı açılacaq". 

Fazil Talıblı qeyd edib ki, 190 manat alacaq işsiz vətəndaşlarla bağlı artıq bank kartları sifariş verilib".

Afaq Mirayiq