Bakıda karantini pozan kişi salonu AŞKARLANDI - FOTO
    • 29-04-2020, 15:54
    • 1 321

Bakıda karantini pozan kişi salonu AŞKARLANDI - FOTO

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və  1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib. 


Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci  maddəsi ilə tədbir görülərək inzibati qaydada  cəzalandırılıblar.