Azərbaycanda ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılacaq
    • 29-04-2020, 16:53
    • 709

Azərbaycanda ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılacaq

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır: "Bu say 90 minə çatdırılacaq".