"Bir dəfə qəlbinə dəyməmişdim, amma sən belimi qırdın - ƏLƏKBƏR YASAMALLI - FOTO
    • 30-04-2020, 12:00
    • 1 714

"Bir dəfə qəlbinə dəyməmişdim, amma sən belimi qırdın - ƏLƏKBƏR YASAMALLI - FOTO

Meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə bir neçə ay öncə vəfat edən bacısı oğlununun fotosunu paylaşıb.

News24.az xəbər verir ki, Yasamallı şəkilə hər kəsi təsirləndirən şərh yazıb: "Sənsiz 3 ay 10 gün. Şamxal, bu gün 100 gün oldu yanımda yoxsan. Gözüm qapıdadır ki, bəlkə gələsən. Bu 100 gün ayrılıq cismanıdir, ruhən qəlbimdəydin, elə də qalacaqsan. Mən bir dəfə qəlbini sındırmamışdım, amma sən mənim belimi qırdın. Bilirdim yaranmışlar qonaqdı. Atam öldü, qardaşım öldü, amma mən qaldım. İnanmazdım mən qalım, sən öləsən".

Sevda Bayramova