-
- 30-04-2020, 13:04
- 1 314
"Mənə səviyyəsiz oxucu lazım deyil" - ÇİNGİZ ABDULLAYEV
"Yazıçı olmaq üçün insanda istedad olmalıdır. Bilmirəm, bu istedad Allahdan, anadan ya atadan gəlməlidir, amma olmalıdır. Bu peşə 1% istedad, amma 99% zəhmət tələb edir, çünki dəhşətli dərəcədə çətin sahədir. Saatlarla, günlərlə, aylarla bir yazının üstündə işləməlisən. Bundan sonra da sən deyə bilmərsən ki, kimsə sənin kitabını alıb mütləq şəkildə oxumalıdır. Çünki səndən öncə də yazanlar olub. Allah göstərməsin uşaqlarımdan biri yazıçı olsun, çünki bu, faciəvi peşədir. Amma əgər sənin kitablarını alıb oxuyan oxucular varsa, bundan böyük xoşbəxtlik ola bilməz".
News24.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev "İnstagram"ın canlı yayımında deyib. Xalq yazıçısısı mənfi rəylərdən də söz açıb: "Yazıçılar İttifaqına ünvanlanan təhqirlərə cavab verirəm, amma şəxsən mənə aid olanlara reaksiya bildirmirəm və gülürəm. Mən axı, şəkərbura, ya da paxlava deyiləm ki, hər kəs məni sevsin. Təbii ki, yazılarım kiminsə xoşuna gəlir, kiminsə yox. Oxumayanlara "çox sağ ol" deyirəm, çünki mənə səviyyəsiz oxucu lazım deyil".
Canlı yayımda yazıçısı Xalq artisti Afaq Bəşirqızı ilə bağlı baş verənlərə də münasibət bildirib: "Afaq xanımı çox yaxşı tanıyıram və ona böyük hörmətim var. Onun haqqında yazılanları qətiyyən dəstəkləyə bilmərəm. Məncə, bundan istifadə edərək sensasiya yaradırlar".
Sevda Bayramova