Hava hücumundan müdafiə bölmələrinin MƏŞQLƏRİ BAŞLADI - VİDEO
    • 30-04-2020, 15:51
    • 807

Hava hücumundan müdafiə bölmələrinin MƏŞQLƏRİ BAŞLADI - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.