Xilasetmə helikopteri QƏZAYA UĞRADI
    • 1-05-2020, 09:57
    • 780

Xilasetmə helikopteri QƏZAYA UĞRADI

Cənubi Koreya dağlarında göyərtəsində yeddi nəfərin olduğu bir xilasetmə helikopteri qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerli vaxtla gecə saat 12 radələrində Konson-do əyalətindəki Kirisan dağlarında meydana gəlib.

Helikopter ürək tutması olan xəstənin çağırışından geri dönən zaman Çeonvan zirvəsi yaxınlığında qəzaya uğrayıb.

Bildirilib ki, xilasetmə qrupundan xəsarət alan olmasa da xəstə və onun yaxının vəziyyəti ağırdır. Onlar yaxınlıqdakı xəstəxanaya aparılıblar.