Onkoloji xəstəlikdən xilas olmaq üçün yeni üsul TAPILDI
    • 1-05-2020, 18:50
    • 634

Onkoloji xəstəlikdən xilas olmaq üçün yeni üsul TAPILDI

ABŞ-ın Harvard Tədqiqat İnstitutu və Harvard Con Paulson Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin alimləri onkoloji xəstəlikdən xilas olmaq üçün yeni üsul tapıblar.
 
News24.az xəbər verir ki, bu barədə “Science Advances” nəşri məlumat yayıb. Məlumatda bildirilib ki, mütəxəssislər tərəfindən hazırlanan və “kürək çantası” adı verilən bu hissəciklər insan bədənində  immun sistemi hüceyrələrini şişlə mübarizə aparmağa məcbur edəcək. 
 
Qeyd edək ki, aparılan tədqiqat zamanı bu üsul bədəndə immunitetin zəif olduğu halda belə süd vəzisi xərçənginin müalicəsinə effektli təsirini göstərib.