999 DOLLAR...
    • 2-05-2020, 22:02
    • 1 041

999 DOLLAR...

iPhone 12 smartfonları 999 dollardan satılmağa başlayacaq.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə insayder Jon Prosser məlumat yayıb. O, bildirib ki,  6.1 düym ekrana, 5G şəbəkə dəstəyinə və LiDAR skanerinə sahib olacaq iPhone 12 Pro modeli 999 dollardan satılmağa başlayacaq. Onun 6.7 düym Pro Max modelinin qiyməti isə 1099 dollardan başlayacaq.

İnsayder həmçinin bildirib ki, adi iPhone 12 modeli iki versiyada təqdim olunacaq. Birinci versiya 5.4 düym ekrana, ikinci versiya isə 6.1 düym ekrana sahib olacaq.