Cəlilabadda ərzaq mağazası YANDI
    • 4-05-2020, 10:29
    • 675

Cəlilabadda ərzaq mağazası YANDI

Cəlilabad rayonunda ümumi sahəsi 399 kvadratmetr olan birmərtəbəli ərzaq mağazasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində mağazanın lambirindən ibarət tavanı 81 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.