Bir gecədə iki dəhşətli yanğın - BAKIDA
    • 7-09-2019, 09:43
    • 1 238

Bir gecədə iki dəhşətli yanğın - BAKIDA

Bakıda bir gecədə iki yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 30 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə isə Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.