“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ
    • 4-05-2020, 15:59
    • 616

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 5-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:50-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika, Rəqəmsal bacarıqlar; 11:35-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:10-da III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:50-də II sinif - Riyaziyyat, Təsviri incəsənət; 13:15-də I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət dərsləri, 13:45-də Məktəbdənkənar fəaliyyət olacaq. 

Rus bölməsi üçün saat 14:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:10-da IX sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:50-də IX sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.