"Dərs vaxtı"nın sabaha olan CƏDVƏLİ
    • 12-05-2020, 23:37
    • 1 100

"Dərs vaxtı"nın sabaha olan CƏDVƏLİ

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanalında yayımlanan "Dərs vaxtı" proqramının mayın 13-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən News24.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üçün saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da XI sinif - Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 10:55-də X sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:35-də IX sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:25-də V sinif - İngilis dili, Azərbaycan dili, Təsviri incəsənət; 12:55-də II sinif - Azərbaycan dili, Musiqi; 13:10-da I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus dili bölməsi üçün saat 13:35-də II sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:05-də VI sinif - Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 14:35-də VIII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:25-də XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.