Bakının mərkəzində Hyundai AŞDI - VİDEO- FOTO
    • 4-05-2020, 20:00
    • 815

Bakının mərkəzində Hyundai AŞDI - VİDEO- FOTO

Bakıda Nərimanov rayonunda avtomobilin aşması ilə nəticələnən avtomobil qəzası baş verib.


News24.az-ın xəbərinə görə, yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Avtoqəza Vaqif prospektində baş verib.


Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.