Bakıda minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO
    • 12-04-2020, 09:55
    • 819

Bakıda minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

hadisə Nəriman Nərimanov prospektində baş verib. 
“Chery” markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə sərnişin xəsarət alıb. 
Avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. /APA/