-
- 4-05-2020, 22:56
- 830
Çin yenə öz İŞİNDƏDİR
Çinin "Huawei" şirkəti "MatePad" seriyalı yeni planşet kompüteri buraxacaq.
News24.az 3dnews.ru saytına istinadən xəbər verir ki, qurğunun təsvirləri Çin Əqli Mülkiyyət İşləri üzrə Dövlət İdarəsinin (CNIPA) bazasında dərc olunub. Yeni qurğu patent təsvirlərində bütün tərəflərdən göstərilib. Korpusun yuxarı və aşağı hissəsində dinamiklərin yerləşdiyi görünür. Bundan başqa, aşağıda "USB Type-C" simmetrik portu quraşdırılıb.
Arxa kamera işıqlandırıcıya malik tək modul şəklində hazırlanıb. Qurğu iki variantda – arxa panelli adi monoton və arxası boz rəngli bəzəkli çalarlarda nümayiş olunub. Yan tərəflərdən birində fiziki idarəetmə düymələri quraşdırılıb.
Qeyd edək ki, ucuz qurğular sinfinə aid olacaq planşetin "Wi-Fi/LTE" və yalnız "Wi-Fi" dəstəkli versiyalarda buraxılacağı gözlənilir. Rəsmi təqdimat yaxın vaxtlarda olacaq.