Cəlilabadda yanğın hadisəsi BAŞ VERDİ
    • 4-05-2020, 23:02
    • 828

Cəlilabadda yanğın hadisəsi BAŞ VERDİ

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Uzuntəpə kəndi ərazisində yerləşən fermalardan birində qeydə alınıb. Yanğın yerinə FHN-in Cəlilabad rayon Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində ot bağlamaları və ferma ərazisində olan açıq quru otlar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda hadisənin başvermə səbəbi fermaya dəyən maddi ziyanın məbləği araşdırılır.