-
- 5-05-2020, 12:50
- 1 161
"Gecə-gündüz düşünürdüm ki, necə edim o müğənnini..." - RUHƏNGİZ ALLAHVERDİYEVA
"O vaxt AzTV-də "Xoş gəlmisən" ad veriliş yayımlanırdı. Ora hər müğənnini çıxarmazdılar. Günlərin bir günü məni ora dəvət etdilər. Mən də özümlə Nazənini götürmək istəyirdim. Hətta orda dedim ki, mahnılarım səslənməsin, amma bu xanım oxusun, çünki yenidir. Yeni ifaçılar da tez qəbul olunurdu. Onlar çətinliklə də olsa da, razılaşdılar. Gecə-gündüz düşünürdüm ki, ona necə yardım edə bilərəm".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva deyib. O, vaxtıilə Nazəninə dəstək olmasından danışıb: "Maşallah olsun, Nazənin özünü doğrultdu, sevimli müğənniyə çevrildi. O təkcə müğənni yox, həm də xeyirhah insan kimi də özünü tanıtdı. Allah onun ailəsini, övladlarını qorusun. Çox gözəl ürəyə malikdir. Baxın, Nadir, Nazənin, görün, necə gözəl yaşayırlar. Fəxr edirəm ki, nə vaxtsa bu insanlara dəstək olmuşam".
Sevda Bayramova