"Zərbə almış qəlbim..." - Məleykə Əsədovadan DİQQƏTÇƏKƏN PAYLAŞIM
    • 5-05-2020, 11:15
    • 899

"Zərbə almış qəlbim..." - Məleykə Əsədovadan DİQQƏTÇƏKƏN PAYLAŞIM

Xalq artisti Mələykə Əsədova sosial şəbəkədə yazdığı statusla diqqət çəkib.

News24.az xəbər verir ki, aktrisa son günlərdə çox darıxdığını bildirib: "Son günlər qəlbim çox darıxır. Hətta göz yaşlarım sözümə baxmır. Gecələr uşaqlara məxsus saf, zərbə almış qəlbimlə danışıram. Yaralı qəlbimin pıçıltısını Allahım və mən eşidirəm. Qəlbim dolu olanda ürəyimin səsini vərəqlərə köçürtmək və yaxud hayqırıb ürəyimi boşaltmaq istəyirəm. Bir güc mənə deyir olmaz... Olmaz... Onsuz da səni anlamayacaqlar. Sən elə gül ancaq..."

Sevda Bayramova