-
- 6-05-2020, 13:16
- 759
BDU-da beynəlxalq virtual elmi konfrans keçirildi
Bakı Dövlət Universitetinin Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans öz işinə başlayıb.
BDU-nun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, yeni növ infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması, BDU-da yeni yaradılmış elmi-tədqiqat laboratoriyaları, onların gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.
Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb. Biologiya fakültəsinin Onurğasızlar zoologiyası kafedrasının professoru Hökümə Quliyeva “SARS-CoV-2 virusunun yayılmasında zooloji obyektlərin rolu” haqqında, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Fikrət Əfəndiyev “Koronavirus pandemiyası və epidemiyalarının sosial-psixoloji aspektləri” adlı məruzələrlə çıxış ediblər. Biologiya fakültəsinin magistrantları “Koronaviruslarla mübarizədə biyan kökündən istifadə edilməsinin perspektivləri” adlı məruzəni və koronavirusun Azərbaycanda yayılmasının riyazi modelini, həmçinin gələcək proqnozlarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Sosial elmlər və psixologiya fakültəsinin magistrantları karantin rejiminin psixoloji aspektləri, gənclər üçün virus pandemiyasının mümkün fəsadları haqqında məlumat veriblər.
İranın Marağa Tibb Universitetinin Farmakologiya və toksikologiya kafedrasının dosenti Əziz İftixari koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz müdaxilə tədbirlərinə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş konfransa İran İslam Respublikasının Marağa Tibb Universiteti, Polşanın II İohan Pavel adına Lublin Katolik Universiteti və Türkiyənin Bozok Universitetindən olan tədqiqatçılar da qatılıblar. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.