İsmayıllıda heroin satan şəxs ƏLƏ KEÇDİ -FOTO
    • 6-05-2020, 13:26
    • 592

İsmayıllıda heroin satan şəxs ƏLƏ KEÇDİ -FOTO

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əvvəllər məhkum olunmuş İsmayıllı şəhər sakini Tural Bəkirov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman 33 ədəd kağız bükümlərdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin, elektron tərəzi və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb. 


Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində T.Bəkirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.