Vilyam Hacıyevin evindən çıxanlar - VİDEO
    • 7-05-2020, 13:31
    • 1 191

Vilyam Hacıyevin evindən çıxanlar - VİDEO

İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Vilyam Hacıyevin evindən külli miqdarda xarici və milli valyutada olan pul vəsaitləri aşkarlanıb. 

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fakt Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı çəkilişdə qeydə alınıb. 

Belə ki, V.Hacıyevin evində qutuda xüsusi qablaşdırılmış bir neçə “paçka”da pul vəsaitləri aşkarlanıb. 

Onlardan birinin üzərindəki qeyddən görünür ki, 1 “paçka”da 500 min avro pul olub. 

Onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb.