Rövşən Lənkəranskinin anası Tünzaləyə 13 min manat yollayıb? - Verilişdən AÇIQLAMA
    • 25-09-2018, 18:40
    • 4 759

Rövşən Lənkəranskinin anası Tünzaləyə 13 min manat yollayıb? - Verilişdən AÇIQLAMA

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya maddi yardım edənlərin sayı günü gündən artır. 

Bir neçə saat öncə sosial şəbəkələrdə əməkdar artistə mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin anası Hacı Məsudə xanım 13 manat maddi yardım etməsi barədə xəbərlər yayılıb. 

News24.az məsələyə aydınlıq gətirmək üçün "Bizimləsən" verilişinin prodüseri Faiq Ələkbərli ilə əlaqə yaradıb. Xəbəri eşidən F.Ələkbərli bunları deyib:

"Canlı efirə heç kim tərəfindən 13 min manat vəsait daxil olmayıb. Tünzalə xanımın bank hesabına da bu qədər məbləğ köçürülməyib. Bu doöru məlumat deyil". 

Teymur Məmmədov