Mədəniyyət xadimlərinə Prezident təqaüdü verildi - SƏRƏNCAM
    • 7-05-2020, 16:02
    • 1 055

Mədəniyyət xadimlərinə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

News24.az -ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: 

Əmirov Cəmil Fikrət oğlu
Göyçayev Teymur Ənvər oğlu
Xanı-zadə Bəxtiyar Oqtay oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Quliyev Qabil Əzizulla oğlu
Şərifov Vaqif Abdulla oğlu
Tağızadə İranə Tofiq qızı.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.