-
- 7-05-2020, 17:55
- 975
Dövlət bağçaları yay aylarında AÇILMAYACAQ - RƏSMİ
Dövlət bağçalarının iyun ayında açılması nəzərdə tutulmur.
News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, Operativ Qərargahın müvafiq qərarında ölkə ərazisindəki bütün təhsil müəssisələri nəzərdə tutulub və bu, mayın 31-dək dövrü əhatə edir: “Növbəti tədris ilinə qədər bağçaların da açılması nəzərdə tutulmur”.
C. Bayramov onu da əlavə edib ki, dövlət bağçalarında çalışan müəllimlər və texniki işçilər əmək haqlarını alırlar: “Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti Tədbirlər Planı təsdiq edib, orada özəl sektora dəstək mexanizmi əksini tapıb. Vergi ödəyiciləri kimi qeydiyyatdan keçmiş özəl və fiziki şəxslərin, işçilərin əmək haqlarının ödənilməsi üçün dəstək verilir. Bu, özəl bağçaları da əhatə edir. İyunun 1-dən məktəbəqədər təhsil müəssisələrin açılması barədə qərar yoxdur”.
Afaq Mirayiq