15 gün ərzində onlar üçün imtahan TƏŞKİL EDİLƏCƏK
    • 7-05-2020, 17:41
    • 1 246

15 gün ərzində onlar üçün imtahan TƏŞKİL EDİLƏCƏK

Ali məktəblərdə 176 min tələbə onlayn şəkildə təhsil alır.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, ali təhsil müəssisələri onlayn sistemdən mükəmməl şəkildə istifadə edir. Bu tədris semestrinin uzadılmaması ilə bağlı qərar verilib: "Yay imtahan sessiyasının iyun-iyul ayında keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə elmi şuranın qərarı ilə həyata keçiriləcək. İmtahanların online şəkildə təşkil olunması gözlənilir. İyunda hər hansısa tələbə imtahana hazır deyilsə, bunu ali təhsil müəssisəsinə bildirməlidirlər. 15 gün ərzində onlar üçün imtahan təşkil ediləcək. İmtahan sessiyası öncəsi materialların tələbələrə veriıməsi təmin ediləcək".

Afaq Mirayiq