Üç böyrəkli İNSAN
    • 8-05-2020, 01:58
    • 1 365

Üç böyrəkli İNSAN

Braziliyada 38 yaşlı kişinin 3 böyrəyi olduğu ortaya çıxıb. 

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, kişi bel ağrısı şikayəti ilə Sao Paulo şəhərində yerləşən xəstəxanalardan birinə müraciət edib. Müayinələr zamanı ağrıya bel yırtığının səbəb olduğu aşkarlanıb, həmçinin həkimlər onun 3 böyrəyə sahib olduğunu bildiriblər. Belə ki, onun böyrəklərindən birinin bədəninin sol tərəfində, digər ikisinin isə bir-birinə yapışmış vəziyyətdə sağ tərəfdə yerləşdiyi görünüb.

Həkimlər hər 3 böyrəyin də sağlam vəziyyətdə olduğunu bildiriblər.