“Qısa ətək geyinib, ortalığa düşməklə kiməsə söz ata bilməzsiz” - Tolik Nigara əsəbləşdi? - VİDEO
    • 26-09-2018, 11:22
    • 766

“Qısa ətək geyinib, ortalığa düşməklə kiməsə söz ata bilməzsiz” - Tolik Nigara əsəbləşdi? - VİDEO

Prodüser Tarix Əliyev aparıcısı olduğunu “Hər şey daxil” verilişində kəskin açıqlama edib.

News24.az xəbər verir ki, prodüser müğənni Mətanət Əsədovaya söz atan və onu tənqid edən sənət nümayəndələrinə səslənib:

“Bu həyatda heç kim heç kimi qımanasın. Görürəm ki, son 2 gündür ki, kimlərsə kiməsə söz atıb. Ola bilər ki, haradasa çıxış etmisiz. Yenə də dövlətimiz qurban olasınız. Amma bütün gün qısa ətək geyinməklə, otralığa düşməklə Mətanətə söz ata biləməzsiz. İngiliscə mahnı oxyursunuz və elə bilirsiniz ki, dünya sizindir. Hələ Mətanətin ifa etdiyinin 1 faizini oxuyun...

Hər kəs öz yerini bilsin! Əgər bilməsəniz, Mətanət sizə yerinizi göstərməsə də mən göstərərəm. Hər kəs çalışsın ki, öz təbəqəsinə uyğun müğənnilərlə dava etsin”.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Nigar Camal istirahət zamanı şərabla dolu qədəhə "Vallah bu limon suyudur" demişdi. 

Teymur Məmmədov