-
- 8-05-2020, 18:49
- 1 383
"Vətənimə gəlmək üçün kimdənsə icazə almalıyam ki?!" İLHAMƏ QASIMOVA
"Karantin olduğundan evdən çıxmıram. Lənkərandayam, yollar bağlı olduğuna görə Bakıya gedə bilmirəm. Bu müddətdə 8 kilo kökəlmişəm".
News24.az xəbər verir ki, bu sözləri "Yeni Ulduz" müsabiqəsinin qalibi İlhamə Qasımova "İnstagram"ın canlı yayımında deyib.
O, bildirib ki, Amerikaya qayıtmayacaq: "Bu barədə dəqiq fikir deyə bilmərəm, amma hələ ki, qayıtmağı düşünmürəm. Burda hər şey yaxşıdır. Azərbaycana qayıtdığıma görə bəziləri məni qınadı. Onlara demək istəyirəm ki, insan evinə qayıdanda heç kimdən icazə almamalıdır. Amerikaya işimlə bağlı getmişdim və orda üç il qaldım. Yəni, qayıtmağımın virusla heç bir əlaqəsi yoxdur. Uçuş imkanı tapan kimi döndüm".
Müğənni səhnə ümün darıxdığını da deyib: "Oxumaq üçün çox darıxmışam. Səhnəmizdə canlı oxuyan demək olar ki, yoxdur. Çox təssüf ki, efirlərdə canlı səsimizi nümayış etdirmək üçün bir sistem yoxdur. Çox vaxt fonoqramla oxumağa məcbur olurduq və insanlar əsl səsimizi eşitmir".
Sevda Bayramova