Bakının mərkəzində avtobus alovlandı - ŞOK VİDEO
    • 8-05-2020, 21:40
    • 837

Bakının mərkəzində avtobus alovlandı - ŞOK VİDEO

Bu gün axşam saatlarında Nərimanov rayonunda sərnişin avtobusu yanıb.

News24.az-ın əldə etdiyi məlumatına görə, hadisə Təbriz küçəsi 98 ünvanında baş verib. "Karsan" markalı avtobusun mühərrik hissəsi qəfil alışıb.  Hadisə nəticəsində avtobus tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, nasazlıq səbəbindən alovlanan avtobus "Çinar Trans" MMC-yə məxsus olub. Xoşbəxtlikdən avtobus sonuncu dayanacaqda olduğu üçün içərisində sərnişin olmayıb.

Yanğın yerindən çəkilən videonu təqdim edirik.