Bakının mərkəzində yola yağ dağıldı: sərnişinlə dolu avtobus qəzaya düşdü - FOTO
    • 21-09-2018, 17:31
    • 1 176

Bakının mərkəzində yola yağ dağıldı: sərnişinlə dolu avtobus qəzaya düşdü - FOTO

Bakının mərkəzində "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusu qəzaya düşüb.

 İstiqlaliyyat 31 və Şeyx Şamil küçələrinin kəsişməsində 18 saylı marşrut dayanacağa yaxınlaşarkən qəfil sürüşərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sözügedən istiqamətdə yol tamamilə bağlansa da, hadisə yerinə gələn DYP əməkdaşları nəqliyyatın hərəkətini qısa zamanda bərpa ediblər.

Xoşbəxtlikdən sərnişinlə dolu avtobusda qəza zamanı xəsarət alan olmayıb.

Qəzanın baş vermə səbəbi ilə bağlı Milli.Az-a sərnişinlər və sürücü eyni sözü deyiblər:

"Avtobus normal sürətlə gəlirdi, qəfil sürüşdü. Yola yağ tökülüb, təkərlər sürüşdü".

Qəza yerindən fotolar:

//Milli.az