Dünya bazarlarında neftin qiyməti QALXDI
    • 8-05-2020, 23:00
    • 1 408

Dünya bazarlarında neftin qiyməti QALXDI

Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.

News24.az xəbər verir ki,Bakı vaxtı ilə saat 22:31-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 31,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 26,07 ABŞ dolları olub.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.