Qaxda itlər insanlara HÜCUM ETDİ
    • 8-05-2020, 23:55
    • 842

Qaxda itlər insanlara HÜCUM ETDİ

Qaxda bir gündə 10 nəfəri it dişləyib.

News24.az APA-ya istinadən xəbər verir ki,, rayonun Kötüklü kənd sakini, 2007-ci il təvəllüdlü Qoqa Qoqia oğlu Qaqiraşvili sol ayağının baldır nahiyəsənin, Zaqatala rayonun Bəhmətli kənd sakini, 2010-cu il təvəllüdlü Aqil Qoşqar oğlu Haqverdili isə hər iki ayağının it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Bu gün Qax rayonunun 10 sakini (onlardan beşi Dəymədağlı kənd sakini olmaqla qalanları Almalı, Qorağan, Qaratala və Kötüklü kənd sakinləridir) it dişləməsi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.