Şəkidə 11 yaşlı qızı İT DİŞLƏDİ
    • 26-03-2020, 16:40
    • 806

Şəkidə 11 yaşlı qızı İT DİŞLƏDİ

Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib.

Bu gün səhər saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Sunay Tural qızı Sərinli it dişləməsi xəsarəti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 11 yaşlı Sunay Sərinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum etdiyi, sol aşağı ətrafın bud nahiyəsindən dişləyərək ona xəsarət yetirdiyi məlum olub.

Sunay Sərinliyə lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb. /Apa/