Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
    • 26-09-2018, 12:17
    • 832

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
 
Buna səbəb təmir işlərinin aparılmasıdır. 
 
Saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.
 
Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür.
 
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
 
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.