"Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69 yaş arasındadır" -  Ramin Bayramlı
    • 9-05-2020, 17:23
    • 1 269

"Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69 yaş arasındadır" - Ramin Bayramlı

“Son günlər testlər zamanı 2,1 faizin koronavirusa yoluxmsı müşahidə olunur”. 

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

R. Bayramlı deyib ki, 40-49 arasında bir vətəndaşımız vəfat edib, o, uzun sürən xəstəlikdən əziyyət çəkib: “Vəfat edənlərin 43 faizi 60-69 yaş, 14 faizi 70-79 yaş arasındadır". 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, "Evdə qal" şüarı qüvvədədir: “Biz həm də vətəndaşlarımızı məsuliyyətli olmağa dəvət edirik”.